QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
"Kara "Qarabağ"da inqilab edib"(Futbol+, 08.07.2007)

 

 Qarabağ" Türkiyədə hazırlığını davam etdirir. Bu arada ağdamlıların çalışdırıcısı Rasim Kara klubun rəsmi saytına komandanın hazırlığıyla bağlı fikirlərini açıqlayıb: "Hazırlığımız plana uyğun gedir. Uşaqların fiziki hazırlığı gündən-günə artır. Ayın 7-də "Vestel Manisaspor"la matçın ardından Laktat testi vasitəsiylə oyunçuları yoxlayacağıq. Müayinəni Türkiyə millisinin baş həkimi Bülənt Bayrakdar aparacaq. Gənclərin təcrübəli futbolçularla meydanda anlaşması daha da yaxşılaşır. Azarkeşlərimizin istədiyi bir "Qarabağ"ı yaratmaq üçün bütün əməyimizi səfərbər etmişik".

 Komandanın məşqlərinə qardaş ölkə mətbuatında da maraq böyükdü. Türkiyənin tanınmış qəzetlərindən "Sabah", "Fotomaç", "Fotospor", "12-ci adam" "Qarabağ" haqqında müxtəlif səpkili yazılar dərc edib. Xüsusilə baş məşqçiyə böyük maraq göstərildiyini qeyd edək. Ağdam təmsilçisinin məskunlaşdığı otelə baş çəkən "Fotomaç"ın müxbiri Karanın vaxtilə kapitanı və baş məşqçisi olduğu "Beşiktaş", eyni zamanda hazırda çalışdırdığı komandayla bağlı fikirlərini öyrənib. "Karadan inqilab" adlı yazıda deyilir: "Baş məşqçilik karyerasını Azərbaycanda davam etdirən Kara elita təmsilçisi "Qarabağ"da inqilab edib. Rasim hoca 33 yaş ortalamalı komandanı bütünlüklə yeniləyərək orta yaş göstəricsini 20-yə endirib".

 Sonda qeyd edək ki, ağdamlılar bu gün axşam saatlarında eyni oteldə məskunlaşdıqları superliqa təmsilçisi "Vestel Manisaspor"la hazırlıq çərçivəsində ilk yoxlama matçını keçirəcək.