QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
QARABAĞ”IN OYUNÇUSU “QALATASARAY”A NÜMUNƏ OLDU (Futbol+, 23.07.2007)

Türkiyədə təlim-məşq toplanışında olan “Qarabağ” hazırlığını davam etdirir. İyulun 9-da  komandanın bütün üzvləri gözləndiyi kimi, Laktat testindən keçib. Qardaş ölkənin milli komandasının baş həkimi Bülən Bayraktarın rəhbərlik etdiyi qrup ağdamlıların hər bir futbolçunun qan analizi vasitəsiylə verim faizini yoxlayıb. Bundan başqa, Rasim Kara yetirmələrini müxtəlif məsafəli qaçışla da sınaqdan keçirib. Bu prosesin tamamında Bayraqdar testin ilkin nəticələrini açıqlayıb və məlim olub ki...: “Komandaya doqquz günlük məşqin nəticələrinə görə yaxşı qiymət vermək olar. Bir həftə əvvəl “Qalatasaray”ın futbolçularını da testdən keçirmişdik. Onlarda 20 km qaçan oyunçu olmamışdı. Sizdə isə bir futbolçu bu nəticəni verdi. İki  həftə sonra bizim nəticələrimizə görə fərdi məşqlər edən oyunçular 22 km-i də gət etdilər. “Qarabağ”ın oyunçularının nəricələrinə görə deyə bilərəm ki, məşqləri davamlı fərdi proqram əsasında aparacağımız halda sizin nəticələr daha yaxşı olacaq”.

Yeri gəlmişkən, bir neçə gün əvvəl “Vestel Manisaspor” la yoxlama matçında qüvvəsini sınayan “Qarabağ” bu gün superliqaya yenicə vəsiqə qazanan “Istanbul Böyük Şəhər Bələdiyyəsi” ilə qarşılaşacaq.