QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Mamaduba axır ki, gəldi (üç nöqtə, 06.08.2007)

ONUN "QARABAĞ"LA BİR İLLİK MÜQAVİLƏSİ VAR

"Qarabağ" Bakıda sayca üçüncü qarşılaşmasını keçirib. Budəfəki rəqib elitaya yenicə vəsiqə qazanan "Standart" olub. İlk yarıda oyun daha çox meydanın mərkəzində keçib. Hər iki tərəf yoldaşlıq oyununun xarakterinə uyğun olaraq daim eksperimentlər aparıb. İkinci hissədə ağdamlıların baş məşqçisi Rasim Kara Mehran Əliyev, Azər Məmmədov, Qoqa Beraya, İrakli Bereya, Əfran İsmayılov, Elçin Xəlilov, Rauf Əliyev, Viktor İbekoyini meydana buraxıb. Qarabağlılar ən təhlükəli qol epizodunu 78-ci dəqiqədə yaradıb. Lakin Xəlilov bir metrdən tor əvəzinə, qapıçını nişan alıb. Beləliklə, Anar Niyazovun idarə etdiyi oyun qolsuz başa çatıb. Dünən isə "Qarabağ" özünün son legionerinə qovuşub. Söhbət Soumah Mamadubadan gedir. Qana millisinin mərkəz müdafiəçisi ölkə kubokunun ötənilki qalibiylə ümumi razılığa gəlib. Anlaşmanın müddəti 1