QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
KARA DAHA İKİ İL “QARABAĞ”DA (Futbol+qol, 18.08.2007)

 Rasim Kara ən azı daha 2 il “Qarabağ”da qalmaq fikrindədir. Bu barədə məlumatı baş məşqçinin özü verib. Türkiyəli çalışdırıcı bildirib ki, hazırkı klubundan razıdır. Komanda çempionluq uğrunda mübarizə aparmasa da, hər halda böyük perspektiv vəd edir. Karanın da məqsədi başladığı işi davam etdirmək, yeni gənc nəsili üzə çıxarmaqdır. Rasim hocanın sözlərinə görə, başqa klubdan dəvətlər alsa da, məhz bu səbəbə görə Ağdam kollektivini üstün tutur. Sitat: “Mənə “Qarabağ”dan daha yaxşı pul verirlər. Yaxşı malliyəsi olan klublardan çağırırlar. Getsəydim, gedərdim. Amma hazırki fəaliyyətimdən rahatlıq tapıram”. Karanın bildirdiyinə görə, binədə komanda üçün böyük baza tikiləcək. Müasir standartlara cavab verən idman kompleksi bütün növləri əhatə edəcək. Baza hazır olandan sonra “Qarabağ”ın həyatında yeni mərhələnin əsası qoyulacaq. Kara həmin günləri öz gözləriylə görmək arzusundadır.