QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
QARABAĞ” NƏ QƏDƏR UDUZSA DA, KARA POSTUNDAN GETMƏZ! (FUTBOL+, 27.08.2007)

 

 

ÇƏLİKƏL: “HƏR KƏSİ SƏBİRLİ OLMAĞA SƏSLƏYİRƏM”

 

 

Ilk turda demək olar eyni gücdə olduğu “Simurq”un qonağı olan Rasim Karanın yetirmələri qənaətbəxş nəticə qazana bilmədi. Oyunda vurulan yeganə qol Zaqatala komandasına üç xal qazandırdı. Gözləmək olardı ki, bu uğursuz startın əvəzi “doğma divarlar” arasında “Karvan”la oyunda çıxılacaq. Axı əvvəlki simasını dəyişən yevlaxlılarla müqayisədə “Qarabağ”ı çoxları favorit sayırdı. Gəl ki, yenə oxşar uğursuzluq təkrar olundu. Ağdamlılar gözlənilmədən azarkeşləri önündə də minimal hesablı yeniliyə üzüldü. İlk iki  turda xala və qola həsrət Karanın yetirmələrin artıq “Xəzər-Lənkəran”a ciddi müqavimət göstərməsi ehtimalı azalmaqdaydı. Hər halda, aydın məsələdi ki, ağdamlılar  ilk iki oyundan maksimum xal toplaya bilsəydi, “Xəzər-Lənkəran” – “Qarabağ” dueli tam fərgli məcrada keçəcəkdi. Ancaq gözlənildiyi kimi, sensasiya baş vermədi və yenə qapısından iki cavabsız top buraxan “göy-ağlar” uğursuz seriyaya son qoya bilmədi.

Bəs görəsən, bu uğursuzluq nə vaxta qədər davam edəcək? Minlərlə qarabağlının böyük ümidlərlə azarkeşlik etdiyi komanda özünü nə vaxta qədər autsayder kimi aparacaq? Adətən, qazanılan  uğurların memarı hesab olunan baş məşqçiyə belə məğlubiyyətlərə görə niyə qapını göstərən yoxdu?

Bu və digər suallara cavab tapmaq məqsədiylə klub rəhbərliyi ilə söhbətləşmək qərarına gəldik. Klubun baş direktoru Əmrah Çəlikəl bizimlə söhbətdə yeni mövsümdə heç də zəif çıxış etdiklərini düşünmədiyini bildirdi: “Yeni mövsümdə zəif çıxış etdiyimizi deməzdim. Cavanların oyununa baxdıqda, komandamızın sərgilədiyi futbolun keyfiyyətini gördükdə, hiss edirəm ki, hər şey yaxşılığa doğru dəyişəcək. Sadəcə, hələ ki nəticələrimiz uğurlu deyil. Düzdü, “Xəzər-Lənkəran” kimi komandaya qalib gəlməyimizə hələ çox var.  Amma razıyam ki, ilk oyunları qələbəylə başa vurmağa borcluyduq. Sadəcə, bəxtimizin gətirməməsi, qol şanslarından lazımınca yararlanmamağımız və digər amillər sonda məğlubiyyətə gətirib çıxardı. Buna baxmayaraq, ruhdan düşmürük. Çünki komandanı dirçəltmək üçün tutduğumuz yol var. Bilirik ki, bu yolda belə çətinliklərimiz çox olacaq. Gələcəyin komandasını qurmaq istədiyimizdən əl çəkmək fikrimiz yoxdu. Başa düşürük ki, azarkeşlərimizə qələbə sevinci də bəxş etməliyik. Ancaq onlar istəyimizi anlayışla qəbul edərək hörmətlə yanaşırlar. Bilirlər ki,  biz də onların x ə y a l l a r ı n d a k ı  “Qarabağ”ı yaratmaq fikrindəyik.  Bu yolda hər kəsi səbrli olmağa səsləyirəm. Biz gənc futbolçularla çalışırıq. Onların istədiyimiz nəticəni  göstərməkləri üçün isə müəyyən zamana ehtiyacı var. Buna görə də rəhbərlik  olaraq səbrli davranacağıq”.

Maraqlıdı ki, Çəlikəl ilk turlarda yaşanan uğursuzluqlara görə baş məşqçidə günah görmür. O, istənilən halda, Karayla yollarına davam edəcəklərini bildirir: “Belə uğursuz başlanğıca görə Rasim hocanı günahlandırmırıq. Futbolda uğursuzluqdan “sığortalanmaq” çətindi. Əksinə, baş məşqçiyə dəstək olub, çatışmazlıqları aradan qaldırmağa, uğursuzluğa son qoymağa çalışağıq. Ikincisi, “Qarabağ”da gələcəyə hesablanan  planlarımızın təşəbbüskarı Karadı. Biz heç vaxt onu kiçik uğursuzluqlara görə komandadan uzaqlaşdırmarıq. Əksinə, ona görə qədər dəstək verməyə hazırıq. Inanırıq ki, növbəti turlarda futbolçularımız, nəhayət, uğursuz seriyaya son qoyub azarkeşləri süvindirəcək”.

Bəs görəsən, türkiyəli baş  məşqçi özü bu haqda nə fikirləşir? Belə başlanğıcı, yagin ki, ağlına belə gətirməyən çalışdırıcı Lənkərandakı məğlubiyyətdən sonra çox maraqlı məqama toxunmuşdu: “Biz bəlkə də “Xəzər-Lənkəran”ın üç oyunçusuna xərclədiyi pula komanda yaratmışıq” deyə “Qarabağ”ın zəifliyini dilə gətirən Kara yay fasiləsində verdiyi açıqlamaya görə, yəqin ki, peşmandı. O vaxt “qoy bəzi komandalar çempionluğa oynadıqlarını dönə-dönə

vurğulasınlar, “Qarabağ” bütün rəqibləriylə münasibətlərinə yaşıl meydanda aydınlıq gətirəcək” deyən mütəxəssis indi həmin sözlərinə də əməl edə bilmir.

Maraqlıdir ki, türkiyəli çalışdırıcı belə uğursuz başlanğıca görə indi püşkü günahlandırır: “Biz ilk 3 turda “Karvan” və “Xəzər-Lənkəran” kimi güclü komandalarla qarşılaşdıq. Həm  bu komandalarla, həm də “Simurq”la  qarşılaşmada oyunçularımın təcrübəsizliyi və ələ düşən  imkanlardan maksimum yararlana bilməyimiz sonda məğlubiyyətə gətirib çıxardı”.

Ancaq Kara   növbəti turda uğursuz seriyaya son qoyacaqlarına  əmindi. O, ikinci dəfə ardıcıl səfər edəcəkləri Lənkəran şəhər stadionunda “Masallı” ya qarşı keçirəcəkləri oyunda  qələbə qazanacaqlarını iddia edir: “Bir qələbə qazansaq, komandada ilər qaydasına düşəcək. İnşallah, “Masallı” ilə matçda uğurlu seriyamızın başlanğıcını qoyacağıq”.

Bu azmış kimi, baş məşqçi uğursuz başlanğıca rəğmən, yerinə çempionatı autsayder kimi biritməyəcəklərini, əksinə, imkan daxilində yüksək yer tutacaqlarını deyir. Onun fikrincə, mükafatlar uğrunda mübarizə aparacaq “Qarabağ”ı yalnız iki ildən sonra gğrə bilərik: “Komandamız yeni qorulub. Hələ görüləsi çoxlu işlər var. Biz mükafatlar uğrunda yalnız iki ildən sonra mübarizə aparacağıq”.