QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
“ARAŞDIRMA APARIRIQ” Əmrah Çəlikəl (HET-TRIK, 07.09.2007)

RASİM KARA HEÇ YERƏ GETMİR

 

-         Komandanın uğursuzluğunu nə ilə bağlayardız?

-         Uğursuzluq deyəndə, bütün bunlar komandanın gəncləşdirilməsi ilə bağlıdır.

-         Futbolçular oynadıqları zaman həddindən artıq özündənazılıq nümayiş etdirirlər. Bunun səbəbini nədə görürsüz?

-         Onların özündənrazılıq nümayiş etdirməsini siz gğrə bilməzsiz. Meydanda 22 nəfərdən başqa heç kim olmur. Ola bilər ki, bəzi çatışmamazlıqlar var. Bunları da biz yavaş-yavaş axtarıb üzə çıxarırıq. Inşallah sabah və ya birisi gün bu haqda müzakirələr olacaq.

-         Müzakirələr əsasən nə ilə bağlı olacaq?

-         Bu müzakirələrin nəticəsindən sonra açıqlanacaq.

-         Ola bilər ki, futbolçular belə hərəkətləri qəsdən edir?

-         Xeyir. Bu düzgün variant deyil. Futbolçuların bunları bil-bilə etməməsinə mən özüm şəxsən cavabdehəm. Nəticələrin də belə olmasını, yenə deyirəm, biz araşdırırıq.

-         Komanda da qələbə ruhunun olmaması nə ilə bağlıdır?

-         Bütün bunlarla bağlı biz araşdırma aparırıq. Bir nəticə əldə edəndə bunu hamı biləcək.

-         Bəlkə bütün olanlarla baş məşqçi günahkardır?

-         Bununla qətiyyən razılaşmıram. Baş məşqçi öz işinin öhdəsindən gəlir. gördüyü işlər də göz qabağındadır. Heç vaxt bu barədə fikirləşməmişik ki, bunlarda baş məşqçi günahkardır.

-         Bayaq qeyd etdiz ki araşdırmalar aparırsız. Nə barədə araşdırma olacaq?

-         Bu komandamızın şəxsi işidir.bu araşdırmanın sadəcə sivil yolla aparılmasını istədim.

-         Belə oyun nümayiş etdirdiyinə görə, oyunçulardan cezalananı olacaq?

-         Inşallah, bütün bunlar haqqında müəyyən tədbirlər görüləcək. Konfrans kimi olmasa da, bunlar hamımıza aydın olacaq. Bunların tapılması birinci növbədə bizə maraqlıdır. Belə şeylər mətbuatdan qabaq “Qarabağ” hərbərliyini maraqlandırır.

-         Bayaq “İnşallah”ı elə dediz ki,  elə bil uduzanda itirdiklərinizi onları cərimələməklə qazanmaq istəyirsiz?

-         Yox. Belə bir şey yoxdur. Inşallahı da deməkdə məqsədim odur ki, bunların səbəbini tezliklə tapaq.

-         Sizcə səbəb nədir?

-         Onu biz də araşdırırq.

-         Baş məşqçı Rasim Kara istefasından söhbət gedə bilər?

-         Yox, qətiyyən!

-         Bizdə olan məlumata görə rəhbərlik Rasim Karanın getməsini istəyib. Amma Karanın ikiillik müqaviləsi olduğu  üçün, o, kompensasiya istəyib. Bunun üçün də komandada qalmalı olub...

-         Bu təmamilə səhv məlumatdır. Rasim Kara heç yerə getmir. Belə bir söhbət də olmayıb. Özü də Rasim müəllim getmık istəsə belə, rəhbərlik razılaşmaz onun getməsinə.

-         Niyə yaxşı  stadiona keçmirsiz?

-         Hal-hazırda  qazon təmir edilir. Inşallah ayın 16-da oynadığımız matçda görəcəksiz.

-         Sizcə qışa hazırlıqda problemləryaratçayacaq ki?

-         Yox. Stadiomu təmir etdiririk.

-         Deyilənlərə görə, Murad Ağakişiyev dekabrda transferə çıxarılacaq...

-         Bunu dekabrda dilmək olar. əgər baş məşqçi belə bir qərara gələrsə, ola bilər ki, dekabrda futbolçunu transferə çıxaraq. Amma ha-hazırda belə bir qərar yoxdur.

 

 

Söhbət etdi:

Anar İlqaroğlu