QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
“QARABAĞ”AZARKEŞLƏRİ KÖKLÜ DƏYİŞİKLİK TƏLƏB EDİRLƏR. (Cempion, 07.09.2007)

“Qarabağ” klubunun rəsmi saytı da öz fəaliyyətində müxtəlif yeniliklərə əl atır. Bu mənada klub azarkeçləri arasında keçirilən mütəmadi sorğuları qeyd etmək olar. Sayt əməkdaşları bu dəfə də ənənələrinə sadiq qalıblar. Belə ki, onlar azarkeçlərin daha çox bağlı olan fikirlərinə yer ayırıblarş maraqlısı odur ki, müxtəlif xətlər üzrə səsvermənin nəticələri bir-birinə çox yaxın olub. Azarkeşlərin fikrincə, komandada əslində bütün xətlərin güclənməsinə ehtiyac var. belə düşünənlər 28,6 faizdir. Digər əksəriyyət isə hazırkı hücum xəttinin fəaliyyətindən narazıdır. Ümumilikdı, sorğunun yekun nəticələri ilə sizi də tanış edirik. Beləliklə, “Qarabağ”da hansı mövqedə dəyişikliyə ehtiyac var? sualına klub azarkeşlərinın cavabı:

 

  1. Qapıçı – 33 səs (7,56%).
  2. Müdafiəçi – 44 səs (10,0%).
  3. Yarımmüdafiəçi – 98 səs (22,4%).
  4. Hücumçu – 106 səs (24,3%).
  5. Bütün mövqelərdə 125 səs (28,6%).
  6. Ehtiyac yoxdur – 3- səs (6,88%).