QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
"Qarabağ" əvəzedicilərinə aman vermədi (xazar.info.11.09.2007)

Məlum olduğu kimi, müxtəlif yaş qruplarında millilərin rəsmi oyunlarıyla əlaqədar ölkə birinciliyində fasilə elan olunub.
Yığma komandalara ən çox futbolçu göndərən klub - "Qarabağ" düşərgədəki say azlığına rəğmən, hazırlığını davam etdirir. Belə ki, əsas milliyə 2, U-21-ə 4, U-19-a 9, U-17-ə isə 2 oyunçu göndərilib. Bu eyni zamanda həm əsas, həm də 1-ci dəstədə çıxış edən "Qarabağ-2"-yə də təsir göstərib. Ümumilikdə, 17 futbolçusunun xidmətindən istifadə edə bilməyəcək komandalar dünən yoldaşlıq matçı keçiriblər. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda baş tutan qarşılaşma 7:0 nəticələnib. Rasim Karanın komandasından İsaak Pupa dubla imza atdığı halda, digər qollar Viktor İbekoyi, İrakli Beraya, Kənan Kərimov, Murad Ağakişiyev və Şəhriyar Xəlilovdan gəlib.