QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
"Qarabağ"ın 4 məşqçisi kateqoriya aldı (525-ci qezet,14.11.2007)
 
 

"Qarabağ" futbol klubu hər zaman kadrlarının təkmilləşməsinə xüsusi önəm verib. Bu diqqət daha bir tədbirdə özünü göstərib. Klubun müxtəlif komandalarında məşqçilik edən Yaşar Hüseynov, Səttar Əliyev, Müşfiq Hüseynov və Emin Salmanov Bakıda keçirilən C kateqoriyalı məşqçi kurslarını müvəffəqiyyətlə bitirərək, diplom alıblar. Adıçəkilən məşqçilər öz klublarında fəaliyyətini uğurla davam etdirirlər. Görəsən, məşqçilər özləri bu barədə nə fikirləşir? "Qarabağ-2"in baş məşqçisi Yaşar Hüseynov: "Təhsil almaq heç vaxt gec sayıla bilməz. Klubda məşqçilərin özlərini təkmilləşdirməsi üçün hər cür şərait yaradılıb. Bizlərə sadəcə işləmək qalır." Səttar Əliyev, "Qarabağ-2"in məşqçisi: "Uzun müddət futbolçu olduğum komandada məşqçi işləyirəm. Bu gün aldığım təhsil ilk növbədə mənim sabah "Qarabağ"a faydalı olmağıma kömək edəcək və bu son hədd deyil. Təcrübə toplayaraq, daha da böyük uğurlar əldə etsək pis olmazdı". "Qarabağ"ın məşqçisi Müşfiq Hüseynov: "Mən də gözümü açandan "Qarabağ"da böyümüşəm. Futbol karyeramı başa vurduqdan sonra Rasim Kara məni özünə köməkçi götürdü. Təbii ki, klubun mənə etdikləri bütün bu yaxşılıqları unuda bilmərəm. İnşallah, "Qarabağ" tezliklə layiq olduğu nəticələri əldə edəcək". Emin Salmanov, "Qarabağ"ın yeniyetmələrinin məşqçisi: "Bu gün balacalarımız öz yaş qruplarında ən güclülərdən sayılır. Və biz bu səviyyəni artırmaq üçün daim çalışmalıyıq".