QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
“Qarabağ” qapısını Nağıbəyovun üzünə bağladı(Futbol+, 15.11.2007)

 

    Son turun “Qarabağ” – “Bakı” oyunu. Suraxanıda keçirilən qarşılaşmanı Eldar Nağıbəyov idarə edir və... Və ağdamlıların baş məşqçisi Rasim Kara matçdan sonra komandasının oyunundan razı qaldığını desə də, nəticənin onu qətiyyən qane etmədiyini bildirir. Həmin gün bütün ağdamlılar əldən verilən iki xala görə Nağıbəyovu günahlandırırdı. Eldar bəy “Qarabağ”ın təmiz qolunu “görməmişdi”.

    Ağdamın bazası sayılan “Ruslan-93”də “Futbol+” əməkdaşları kimi, hakimlər də ara bir azarlarını öldürmək üçün top qovur. Sözü gedən bazanın giriş qapısının yanında yapışdırılan və şəkildə gördüyünüz bu xəbərdarlıq Nağıbəyov üçündür. “Qarabağ” rəhbərliyi onların qələbəsini əlindən alan referidən acığını belə - onu bazaya buraxmamaqla çıxmaq istəyir. Eldar bəyin bundan xəbəri yoxdursa, bu şəkli verməklə onu ən azı “Ruslan-93” boşuna səfər etməkdən qoruduq. Futbol oynamaq üçün özünüzə başqa yer tapın, Eldar bəy...