QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
“Qarabağ” təlim-məşq toplanışına yığışdı

    Turun daha bir maraqlı qarşılaşması Tofiq Bəhrəmov adına Respublika stadionunda “Neftçi” ilə “Qarabağ” arasında keçiriləcək. Bu oyunun da hər iki tərəf üçün çətin keçəcəyini indidən demək olar. “Qarabağ” oyuna çox ciddi hazırlaşır. Düzdür müxtəlif yığmalara 7 oyunçu verdiyindən ağdamlılar hazırlığını tam heyətlə keçirə bilməyiblər. Yalnız əsas yığma ilə olimpiyaçıların son matçları başa çatdıqdan sonra Osman Umarov, Tagim Novruzov, Maksim Medvedev, Nodar Məmmədov, Vaqif Cavadov, Aslan Kərimov və Fərhad Vəliyev də kollektivə qoşulublar. “Qarabağ” dünən Rasim Karanın rəhbərliyi altında İsmət Qayıbov adına stadionda növbəti məşqinə çıxıb. Bu günkü məşqdən sonra isə ağdamlılar məskunlaşdığı “Ruslan-93” bazasında təlim-məşq toplanışına yığışacaqlar. Matç öncəsi heyətdə bəzi futbolçuların yüngül zədələri olsa da, onların oyun gününə kimi tam qaydaya düşəcəyi gözlənilir.