QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
“Qarabağ” – “Olimpik” oyunun vaxtı dəyişdirildi

Birinci dövrənin son turunun mərkəzi oyunu sayılan “Qarabağ” – “Olimpik” matçının canlı yayınlanacığını xəbər vermişdik. AZTV həftəlik proqrama matçın başlama vaxtını 15:00 kimi daxil etmişdi. Ancaq dünən 13-cü turun oyunlarının başlama vaxtı elan olunanda məhz bu qarşılaşmanın 45 dəqiqə tez başlayacağı məlum oldu. AZTV matçı ancaq bu vaxt yayınlaya bilər və bu səbəbdən görüş tur çərçivəsində baş tutacaq oyunların hamısından fərqli 14:15 – də başlayacaq.