QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
“Qarabağ” “Daçiya”dan güclüdür...

 Hazırlıqlarını Bakıda davam etdirən “Qarabağ” yoldaşlıq görüşləri çərçivəsində “Luç-Energiya” klubu ilə qarşılaşmalı idi. Rusiya klubunun baş məşqçisi “Qarabağ”la oyundan imtina edərək, özbəkistan təmsilçisi “Nasaf”la oynamağı daha məqsədə uyğun hesab edib. Ağdam təmsilçisi Türkiyədə son oyununu keçirib. Rəqib Moldova təmsilçisi “Daçiya” oldu. Oyunda vurulan yeganə qolun müəllifi Aslan Kərimov olub və bununla da Rasim Karanın komandası qalib gəlib. Baxışda olan 5 legionerdən 3-ü geri göndərilib. Qalan iki nəfərdən Sellonun taleyinə tam aydınlıq gəlməyib. Rumıniyanın “Otselul”undan gələn Gennadi Bogyu ilə isə çox gümün müqavilə bağlanacaq. Ağdam klubu artıq Bakıya qayıdıb.