QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Rasim Kara Azərbaycanda yeni rekord müəyyənləşdirib (apa.18.02.2008)
 

Bakı. Vüqar Xeyrullayev-APA-SPORT. Rasim Kara əcnəbi məşqçilərin yeni rekordunu müəyyənləşdirib. “APA-SPORT” agentliyinin məlumatına görə, Türkiyəli mütəxəssis Azərbaycan klublarının sükanı arxasında 70-ci oyununu keçirməklə, bu göstəricidə vahid lider olub. Bu oyunadək ukraynalı İqor Nakoneçnı kimi hesabında 69 matç olan R.Kara 40 dəfə “Xəzər-Lənkəran”ı 30-cu dəfə “Qarabağ”ı meydana çıxarıb.

Avrokuboklarda 2, ölkə kubokunda 10 görüşdə baş məşqçi funksiyasını yerinə yetirən mütəxəssis Premyer Liqada 58-ci oyununu “Simurq”a qarşı keçirib. Zaqatalalılarla şənbə günü keçirilən oyun R.Karanın Azərbaycan karyerasında 14-cü heç-heçə olub. 35 qələbə və 21 məğlubiyyəti olan çalışdırıcının rəhbərliyi altında onun komandaları 102 top vurub, 57-ni buraxıb.
Qeyd edək ki, 2:2 hesablı heç-heçə “Simurq”un Premyer Liqa tarixində 10-cu “sülh”dür.