QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
"QARABAĞ"IN ƏZMKAR QƏLƏBƏSİ (Het Trik 14.04.08)

Oyundan öncə hamı “Qarabağ”ı qarşılaşmanın favoriti hesab edirdi. Komandalar hər ikisi oyuna, görünür, çox ciddi hazırlaşmışdılar. Hələ matçın əvvəlində hər iki komanda bir-birinə qarşılıqlı hücumlar təşkil edə bilirdilər. amma yavaş-yavaş “Qarabağ” qarşılaşmada üstünlüyü ələ ala bildi. Hələ matçın 8-ci dəqiqəsində Kənan Kərimov rəqib qapısına yol tapa bildi. Bundan sonra Ağdam təmsilçisinin hücumları daha kəsərli alınırdı. Bir neçə epizod əldə edə bilsələr də qola nail olmaqda çətinlik çəkirdilər. ilk hissənin sonunda da “Qarabağ” təhlükəli vəziyyətlər yaratsa da qola nail ola bilmədi. Beləcə ilk hissə başa çatdı.

Ikinci hissə bir qədər fəal başladı. Yenə “Qarabağ”ın hücumları üstünlük təşkil edirdi. Elə matçın 58-ci dəqiqəsində Aslan Kərimov çox gözəl qol vurdu. Oyunun sonuna yaxın 80-cı dəqiqədə Torono təsəlli qolu vurdu. Beləcə “Qarabağ” bu oyundan 3 xalla ayrıldı.