QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
FLAQMANIN ÜMİDİNİ "QARABAĞ" DƏFN ETDİ ("Futbol+" 19.05.08)

"Neftçi" "Olimpik"lə matçda qələbə seriyası qırıldıqdan sonra heç cür özünə gələ bilmir. Xal itkilərinin sıralayan flaqman çempionluq şansını böyük ölçüdə itirmişdi. "Xalq komandası" "Qarabağ"a da qalib gələ bilməyəcəyi təqdirdə zirvəyə olan son ümidini dəfn edəcəkdi. Mümkün uğursuzluqda avrokuboklara vəsiqə şansı da azalacaqdı. Üstəlik, "Neftçi"nin kiçicik çempionluq şansı belə öz əlində deyildi. Belə ki, lider "Olimpik"in "Xəzər-Lənkəran"dan xal qoparması hər şeyin sonu olacağdı və oldu da. "Neftçi"dən fərli olaraq, ağdamlılar bu mövsüm kölgədə qalan imiclərini bərpa etmək üçün güclü rəqibinə layiqli müqavimət göstərmək və 5-ci pillədəki mövqeyini qorumaq barədə düşünürdü.
Oyunöncəsi "Qarabağ"ı Aftandil Hacıyevlə Aslan Kərimovun yoxluğu qayğılandırırdısa, flaqmanın düşərgəsindəki vəziyyət daha acınacaqlı idi. Demyanenko Zaur Tağızadə, Rəşad Sadıqov, Rail Məlikov, Rəşad Sadiqov və Svyatoslav Stefanovun xidmətindən mərhum idi.
Rasim Kara ötən tur "Bakı"ya qarşı istifadə etdiyi ilk "onbirliy"i meydana buraxmışdı. Müdafiənin mərkəzində Nodar Məmmədovla Mamaduba yer almışdı. Cinahlar isə Medvedevlə Azər Məmmədova tapşırılmışdı. Baş məşqçi yarımmüdafiəni Həşimov - Beraya - Abbasov üçlüyünə həvalə etmişdi. "Neftçi"nin müdafiə xəttindəki boşluqlardan isə Ağakişiyev, İbokoyi və Kərimov istifadə etməli idi. Demyanenko isə ənəvi 4-4-2 sxemini 3-5-2 ilə əvəzləmişdi. Ukraynalı mütəxəssis müdafiəni Çertoqanov - Allahverdiyev - Abışov üçlüyünə həvalə etmişdi. Nazar Bayramov həmişəki kimi dayaq yarımmüdafiəçisi qismində çıxış edəcəkdi. Onun önündə isə Vadim Boretslə Aqil Məmmədov yer almışdı. Tək forvard kimi çıxış edən Subaşiçə isə Adamiya ilə Romal Hüseynov cinahlardan dəstək olmalı idi.
Oyun kəşfiyyatsız başladı. Amma hər iki komandanın müdafiə xətti ilk dəqiqələrdən fəallıq göstərirdi. Həm "Qarabağ"ın, həm də "Neftçi"nin hücum xətti rəqibin cərimə meydançasına daxil olmaqda çətinlik çəkirdi. Təsadüfü deyil ki, qapıya ünvanlanmış ilk təhlükəli vuruş cərimə zərbəsindən sonra baş tutdu. 23-cü dəqiqədə Adamiyanın 25 metrlikdən vurduğu top qapının üstündən keçdi. Dəqiqələr irəllədikcə flaqman üstünlüyü ələ almağa başldadı. Ağdamlılar isə rəqibi əks-hücumda yaxalamaq barədə düşünürdü. Lakin meydan sahiblərinin ön xətt oyunçuları bu işin öhdəsindən gələ bilmirdi. Xüsusilə də Ağakişiyevlə İbokoyi çox zəif təsir bağışlayırdı.
"Neftçi" isə Adamiya və Kruqlovun fəallığı nəticəsində rəqibi öz qapısına doğru sıxmaqda idi. 36-cı dəqiqədə Subaşiç Kruqlovun sol cinahdan əla ötürməsini dəyərləndirə bilmədi. İki dəqiqə sonra isə Adamiyanın növbəti cərimə zərbəsi yenədə qapının üstündən keçdi. "Qarabağ"ın ilk təhlükəli əks-hücumunu Medvedev təşkil etdi. Son maçlarda əla oyunu ilə seçilən Maksimin uzun reyddən sonra qapı üzərinə hava ötürməsini İbokoyi boşa verdi. Daha sonra Qoqa Miçoviçi sınağa çəkdi. Amma onun güclü zərbəsi qapıdan yan keçdi. İlk yarının sonuncu təhlükəli zərbəsi Subaşiçdən gəldi. Millimizin forvardı Aqilin ötürməsindən yararlana bilmədi. Bu epizodda bəxt də ağdamlılara kömək etdi.
İkinci yarıda da oyunun ssenarisi dəyişmədi. İlk yarıda sərgilənən açıq futbol daha kəskin şəkil aldı. Oyunun bu məcrada davam etməsinə fasilədən sonra "Qarabağ"ın fəallaşması da təsir etdi. Xüsusilə əvəzetədən oyuna daxil olan Vaqif Cavadov flaqmanın müdafiə xəttinə xoşagəlməz anlar yaşadırdı. Vaqif zərbə anınadək hər şeyi gözəl edir, amma həlledici məqamlarda çox inamsız təsir bağışlayırdı. Belə vəziyyətlərin birində Cavadovun bərbad zərbəsi azarkeşlərin də təpkisinə səbəb oldu. Daha sonra isə İbokoyi əlverişli vəziyyətdə başla qapını nişan ala bilmədi.
Matçın sonu yaxınlaşdıqca "Neftçi" qol vurmaq üçün bütün qüvvəsi ilə irəli atılmağa başladı. Lakin onların təlskənliyi fərqlənmələrinə mane olurdu. Hər halda flaqman final fitinə 5 dəqiqə qalmış əla fürsət yaxalaya bildi. Joze Karlosun 2 metrlikdən güclü baş zərbəsini Fərhad inanılmaz reaksiya ilə dəf etdi.
Rasim Kara, "Qarabağ"ın baş məşqçisi: "Aftandillə Aslanın olmaması müəyyən çətinliklər yaratdı. Amma biz yenə öz oyunumuzu oynadıq. Rəqibin hücum futboluna üstünlük verəcəyini bildiyimizdən daha çox əks-həmlələrə bel bağlamışdıq. Təəssüf ki, yaxaladığımız şansları qola çevirə bilmədik. Amma heç-heçə də bizim üçün pis nəticə deyil. Üstəlik, bir daha sübut etdik ki, "Qarabağ" bütün çirkin oyunlardan uzaqdı. Növbəti tur "Olimpik"ə qarşı da əzmlə oynayacağıq".
Elbrus Məmmədov, "Neftçi"nin məşqçisi: "Pis oynamadıq. Lakin yaratdığımız qol vəziyyətlərindən yararlana bilmədik. Daha yaxşı oynaya bilməməyimizin əsas səbəbi heyətdəki itkilərdi. Bu da oyuna öz təsirini göstərdi".