QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
HASAN ŞAŞ "QARABAĞDA"??? (trend.az 04.06.08)
 Azərbaycan, Bakı, 04 iyun / Trend News, müxbir R.Ergün/ Azərbaycanın «Qarabağ» futbol klubu Türkiyənin «Qalatasaray» klubunun məşhur futbolçusu Hasan Şaşla transfer danışıqlarına başlayıb. Bu barədə çərşənbə günü Trend News-a «Qarabağ» klubuna yaxın mənbələr məlumat verib.

Məlumat verən mənbənin bildirdiyinə görə, Türkiyə yığma komandasının da üzvü olan futbolçu hazırda İstanbulda olan «Qarabağ» klubunun baş məşqçisi Rasim Kara ilə danışıqlar aparır.

Şaşdan əvvəl Türkiyənin daha bir məşhur futbolçusu olan Oqtay Dərəlioğlu Azərbaycanın «Xəzər-Lənkəran» klubunda çıxış edib. Bir müddət əvvəl isə Türkiyə futbolunun ən yaxşı futbolçusu hesab edilən Hakan Şükürün «Xəzər-Lənkəran»la transfer danışıqlarına başladığı barədə xəbərlər yayılmışdı.