QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
NİYƏ DƏ OLMASIN?! (qaynar.info, 07.06.2008)

 Sport-QayNar: “Qarabağ” futbol klubunun rəsmi saytında son günlər gündəmdə olan türkiyəli futbolçu Hasan Şaşın transferi ilə bağlı xəbər yerləşdirilib. Onu bəzi ixtisarla nəzərinizə çatdırırıq.

NİYƏ DƏ OLMASIN?!

Yəqin, son günlərdə Azərbaycan və Türkiyə mətbuatını zəbt etmiş xəbərlərlə tanışsınız. “Qalatasaray”la UEFA kubokunu, Türkiyə millisi ilə 2002-ci ildə keçirilmiş dünya çempionatında bürünc medalları qazanmış, ölkə futbolunun gəlmiş-keçmiş ən yaxşı oyunçularından sayılan Həsən Şaşın “Qarabağ”a gələcəyi ilə bağlı xəbərlər gündəmdən düşmür. Əslində, çoxları bu xəbəri ağlasığmaz saysa da, həyatda mümkün olmayan bir şey yoxdur. “Qarabağ” FK rəhbərliyinin məqsədi sadəcə Həsən Şaşla kifayətlənmək deyil. “Qarabağ” FK-nın rəhbərliyinin də məqsədi “Qarabağ”a Həsən Şaşlar cəlb etməklə “Qarabağ”ı dünya sferasına çıxarmaqdır. Amma qeyd etdiyimiz kimi, meyvə vaxtında dərilməlidir. “Qarabağ” FK rəhbərliyi üçün meyvəni budaqdan dərk etmək üçün heç bir problem olmaz. Amma, bəlkə də meyvə artıq yetişib. Xəbərimiz yoxdur. Bəlkə də var? Niyə də olmasın? Bir az da gözləyək. Az qaldı...