QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Qarabagh azarkesleri ilk ucluk dedi...

“Qarabağ”ın rəsmi saytının komandanın azarkeşləri arasında keçirdiyi növbəti sorğu başa çatıb.”Cari” mövsümdə “Qarabağ”dan nə gözləyirsiz” sorğusunda iştirak edən fanatların böyük qismi Ağdam təmsilçisindən çempionluq gözləyir.Belə ki, respondentlərin 31,7 faizi məhz komandadan qızıl medal gözlədiyini bildirib.Onların 28,1 faizi “Qarabağ”ın mövsümü ilk “üçlük”də bitirəcəyini düşündüyü halda, 21,6 faizi də ilk “beşlik”də yer alacağı qənaetindədi.Respondentlərin  yalnız 18,4 faizi sevimli komandalarının ilk“səkkizlik”də yer alacağını güman edir.

Saytın növbəti sorğusu ağdamlıların cari mövsümkü yeni transferləri ilə bağlıdı.Belə ki,siz qrupun internet səhifəsinə baş çəkməklə “hansı transferlərimizdən daha çox məmnunsunuz” sualını cavablamaq imkanı qazana bilərsiz.