QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
İbakoye «Qarabağ»dan ayrılacaq (qol.az 26.12.2008)

Viktor İbakoye çox güman ki, «Qarabağ»da qalmayacaq. Qol.Az-a açıqlamasında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov belə deyib. Onun sözlərinə görə, nigeriyalı futbolçunun gələcəyi ilə bağlı son qərar hücumçu Azərbaycana döndükdən sonra veriləcək: «İbakoye ilə yenə söhbət edəcəyik. Əgər hər hansı komanda onun xidmətlərindən yararlanmaq istəsə, keçidinə problem yaratmayacağıq. Hücumçu həmişə əsas heyətdə oynamaq istədiyini deyib. Bununla bağlı, dəfələrlə mənə müraciət edib. Ancaq komandamızda yaxşı hücumçular var. Və İbakoye digər forvardlara rəqabətdə uduzur. Çox güman ki, nigeriyalı futbolçu komandamızı tərk edəcək. Əgər onu istəyən klub olmasa, maya kimi bizimlə müqaviləsi var, qalıb məşq edə bilər». Qurban Qurbanov daha çox müdafiə və yarımmüdafiə xəttlərinə oyunçu almaq istədiklərini söyləyib: «Komandada oyunçuların sayı artırılmalıdır. Çünki ikinci dövrədə bizi gərgin mübazə gözləyir. Təsəvvür edin, 16-cı turdan sonra 12 günə 5 oyun keçirməliyik. Bu səbəbdən heyətdə futbolçuların sayı çox olmalıdır ki, lazım gələndə rotasiya apara bilək».