QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
«Qarabağ» ciddi transferlər edəcək (qol.az, 29-12-2008)

«Bilirsiniz ki, komandamız Premyer-liqada yüksək nəticə uğrunda mübarizə aparır. Heyəti gücləndirməyi düşünürük». Qol.Az saytına açıqlamasında «Qarabağ» klubunun direktoru Emrah Çelikel belə deyib. Komandanın rəsmisi baş məşqçi Qurban Qurbanovun istəyinə uyğun hərəkət edəcəklərini bildirib: «Baş məşqçi neçə futbolçunun transfer olunmasını məsləhət bilsə, bunu reallaşdıracağıq. Komandaya böyük fayda verə biləcək yeni oyunçuların alınması üçün iş gedir. Yenilik olduqda məlumat veriləcək. Türkiyədəki təlim-məşq toplanışında yeni futbolçular baxışdan keçiriləcək».