QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Qurbanov: “Elə bir komanda yaratmaq istəyirik ki, fərdlərdən asılı olmasın” (ÇEMPİON, 30-01-2009)
Bildiyiniz kimi, ilk matçında Albaniyanın “Besa” klubu ilə 1:1 oynayan ağdamlıların “Şanlıurfaspor”la keçirilməsi gərəkən ikinci matçı güclü yağış səbəbindən baş tutmamışdı. üçüncü rəqib isə Türkiyənin aşağı liqa komandalarından olan “Elazıspor” oldu. Milli komandanın düşərgəsinə yollanan Fərhad Vəliyev, Vaqif Cavadov, habelə zədəli olan Ayxan Abbasov və Əfran İsmayılov bu qarşılaşmada forma geyinmək imkanından məhrum idilər. ümumilikdə isə Qurbanov Elazı klubu ilə matçda aşağıdakı futbolçulara şans verib: Sahil Kərimov (Osman Umarov), Aftandil Hacıyev (Zekeriyye), Admir Teli, Maksim Medvedev (Zaur Həşimov), Elnur Abdullayev (Azər Məmmədov), Aslan Kərimov (Namiq Yusifov), Emin İmaməliyev (Artim Şakiri), Rəşad Sadiqov (Taqim Novruzov), Sedat Şahin (Qara Qarayev), Rauf Əliyev (Natiq Kərimli), Nidal Fərhadoviç (Zaur Ramazanov)
Oyunda hesabı 23-cü dəqiqədə “Qarabağ” açıb. Aslanın ötürdüyü topa akrobatik tullanışla gözəl zərbə vuran Sedat Sahini oyunda qol pərdəsini açdı. Bununla belə ağdamlıların üstünlüyü uzun sürmədi və türkiyəlilər tezliklə hesabı bərabərləşdirdilər. Enginin zərbəsi “9”luğa “sancıldı”. İlk hissənin sonlarına yaxın Elazi klubu hesabda önə keçdi. Kazım künc zərbəsindən gələn topu dəqiq baş zərbəsi ilə qapıdan keçirdi. “Qarabağ”ı fasilədən sonra məğlubiyyətdən Zaur Ramazanov qurtardı. Hücumçu 30 metrlik mesafədən uzaq küncü dəqiq nişan aldı. Matçdan sonra qarşılaşma ilə bağlı verdiyi açıqlamasında baş məşqçi Qurban Qurbanov qələbə qazanmamalarına baxmayaraq, yetirmələrinin hazırlığından razı qaldığını bildirib: “Oyunun maraqlı alındığını qeyd edə bilərəm. Düzdür, qələbə qazana bilmədik. Amma oyunboyu futbolçuların top saxlamağından razı qaldım. Qışda sıralarımıza 3 yeni oyunçu qoşulub. Onların komandaya uyğunlaşması üçün vaxt lazımdır. İndi yetərli heyətə malikik. Elə bir komanda yaratmaq istəyirik ki, fərdlərdən asılı olmasın. çempionata 70% hazır olduğumuzu deyə bilərəm. Amma qarşıda 2 həftə qaldığını nəzərə alsaq, “Bakılı”yla matça istədiyimiz formada çıxa biləcəyik”. Sonda komanda ilə bağlı bir məlumatı da diqqətinizə çatdırmaq istəyirik. Belə ki, MOİK-dən ayrılan Taqim Novruzov hazırda “Qarabağ”ın düşərgəsində baxışdadır. Klubun fiziki hazırlıq üzrə koordinatoru Mehmet Akın “çempıon”a verdiyi açıqlamaya görə, Novruzov heç də pis təsir bağışlamır. Bununla belə, Taqimin komandaya götürüldüyünü demək tezdir. Mehmet bəyin sözlərinə görə, futbolçu ilə bağlı yekun qərar qarşıdakı günlərdə veriləcək. Qeyd edək ki, Taqim Rasim Karanın dövründə “Qarabağ”ın heyətində çıxış edib. Sonradan “Turan”a icarəyə verilən futbolçu Qurban Qurbanovun təyinatından sonra ümumiyyətlə ağdamlılara lazım olmamış və MOİK-ə keçmişdi. İlk dövrədən sonra Qəhrəman Əliyevə də lazım olmayan yarımmüdafiəçi yenidən keçmiş komandasında möhkəmlənəcəyinə ümid edir. İstanbulda əməliyat olunan Ayxan Abbasovun durumu yavaş-yavaş düzəlməyə doğru gedir. Akın sözlərinə görə, 3 gündən sonra fərdi məşqlərə başlayacaq yarımmüdafiəçi növbəti həftə ərzində kollektiv hazırlıqlara qoşulacaq.