QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
“Qarabağ” “yük” yığır (APASPORT, 30-01-2009)

“18 gündür təlim-məşq toplanışdayıq. Düzdür, gün sayı heç də yaxşı hazırlığı görsətmir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ağdamın “Qarabağ” klubunun futbolçusu Aslan Kərimov deyib.

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirən ağdamlıların kapitanı klubun rəsmi saytına verdiyi açıqlamada hazırlıqlardan razı qaldığını bildirib: “Heç də az olmayan zamanda işlərin yaxşı getdiyi görünür. Hələ bir həftə burda, eyni müddət də Bakıda hazırlıq keçəcəyik. Bir kapitan və futbolçu kimi, oyunçularımızın canla-başla çalışmasından razıyam. İndi biz “yük” yığırıq. Nə qədər çox toplasaq, çempionatda daha rahat oynayacağıq”.

Azərbaycan milli komandasının sabiq futbolçusu komandasının iddiasından da danışıb. Lakin Kərimov rəqiblərin də gücünü azaltmaq fikrində deyil: “Heyətimizə görə heç kimdən zəif deyilik. İnşallah, komandamız avrokuboklara vəsiqə qazanacaq. Təbii ki, işimiz asan deyil. Bütün komandalar artıracaqlar ki, bu da rəqabətin maraqlı olmasından xəbər verir. Burda ilk növbədə fiziki və psixoloji hazırlıq rol oynayacaq. Bu amillər hansı komandada daha yaxşı olsa, qazanan da o olacaq”.

Qeyd edək ki, Kərimov birinci dövrədə “Qarabağ”ın heyətində bütün matçlarda meydana çıxan 3 futbolçudan biridir. Onunla yanaşı, Vaqif Cavadov və Zaur Ramazanov da 13 turun hamısında iştirak edib.