QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
"Zarya" "Qarabağ"dan üstün oldu (fanat.az, 31-01-2009)

Ağdamlılar Şakirisiz qələbə qazana bilmədi

Fanat: Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən "Qarabağ" bu gün daha bir yoxlama oyunu keçirdi. Fanat.az xəbər verir ki, komandamızın rəqibi Ukraynanın "Zarya" klubu olub.
"Qarabağ" bu oyunda minimal hesabla məğlub oldu. Komandamızın qapısından yeganə qolu 2-ci dəqiqədə Jixani keçirdi. Qeyd edək ki, Maksim Medvedev, Sahil Kərimov, Əfran İsmayılov zədə, Artim Şakiri isə xəstəlik üzündən oyunda iştirak edə bilməyib.
Komandalar meydana bu heyətlə çıxıb:
Zarya (Ukrayna): Qavrulov, Pedarenko, Duray, Baloxan, Rayçeviç, Junior, Qomes, Jixani, Karmolita, Kormenyuka, Qrinçenko.
Baş məşqçi: Volobuyev.
Qarabağ: Osman Umarov, Zaur Həşimov, Aftandil Hazıyev (Zekəriyə Ramazani), Admir Teli, Elnur Allahverdiyev (Azər Cabbarov), Aslan Kərimov (Emin İmaməliyev), Namiq Yusifov, Rəşad Sadiqov, Sedat Saini, Rauf Əliyev, Zaur Ramazanov (Nidal Fərhatoviç).
Baş məşqçi: Qurban Qurbanov.
Hakimlər: Pokitko, Beker, Bunreyev, Rodononko (hamısı Ukrayna).
Qol: Jixani, 2.