QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
“Qarabağ” günahı hakimdə gördü (çempion, 02-02-2009)
Antalyadakı təlim-məşq toplanışını davam etdirən “Qarabağ” şənbə günü növbəti yoxlama görüşünə çıxıb. Bu dəfəki rəqib Ukraynanın “Zarya” klubu olub. Oyun ağdamlılar üçün çox pis başladı və artıq 2-ci dəqiqədə luqanklılar hesabı açdılar. Cixani topu “Qarabağ”ın qapısından keçirdi. Bu epizodda Ağdam klubunun futbolçuları rəqibin əllə oynadığını iddia etsələr də, görüşün baş hakimi qolu hesaba aldı. Bu arada qeyd edək ki, qarşılaşmanı məhz Ukraynadan olan hakimlər kollegiyası idarə edirdi ki, onun da idarəçiliyi ağdamlıları narazı saldı. “Qarabağ”ın mətbuat xidmətindən aldığımız məlumata görə, referinin verdiyi qərarlar birtərəfli olub və ukraynalıların maraqlarına xidmət edib. Buna baxmayaraq, “Qarabağ” Zaur Ramazanov və Sedat Sahininin timsalında 2 dəfə real qol şansları qazansalar da, bundan dəqiq istifadə edə bilməyiblər. Rauf Əliyev isə qapıçı ilə təkbətək qalsa da, şansını boşa verib. İkinci hissədə də Qurban Qurbanovun yetirmələri bir neçə qol şansı əldə etsələr də, dəqiq oynaya bilməyiblər və beləliklə, qarşılaşma “Zarya”nın 1:0-lıq qalibiyyəti ilə başa çatıb. “Qarabağ” aşağıdakı heyətlə oynayıb: Osman Umarov, Zaur Həşimov, Aftandil Hacıyev (Zəkəriyyə Ramazani), Admir, Elnur Allahverdiyev (Azər Məmmədov), Aslan Kərimov (Emin İmaməliyev), Namiq Yusifov, Rəşad Sadiqov, Sedat Sahini (Qara Qarayev), Rauf Əliyev, Zaur Ramazanov (Nidal Fərhadoviç). Zədə səbəbindən Maksim Medvedev, Sahil Kərimov, Əfran İsmayılov və Artim Şakiri görüşdə iştirak etməyiblər. Komanda ilə bağlı daha bir xəbər isš Viktor İbekoyinin yenidən kluba dönməsi ilə bağlıdır. Belə ki, qaradərili hücumçu “Qarabağ”ın əvəzedici komandasında oynamağa razılıq verib.