QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Tahir Gözəl futbolçularla görüşdü (fanat.az 17.02.2009)

Kapitan vitse-prezidentə söz verdi

Fanat: Premyer-Liqanın ikinci dövrəsinə qələbə ilə start verən "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl futbolçularla görüş keçirib. Klubun mətbuat xidmətindən Fanat.az-a bildirilib ki, Tahir bəy çıxışı zamanı komandaya inandığını və onlardan bu il çempionluq gözlədiyini bildirib.
Vitse-prezident futbolçulara bir neçə ay öncə komanda 10-cu sırada olduğu dönəmi xatırladıb. O, komandanı növbəti turlardan sonra turnir cədvəlinin daha yüksək pillələrində görmək istədiyini bildirib. Tahir bəy "Qarabağ"ın özəl klub olduğunu deyib. Komandamızın kapitanı Aslan Kərimov isə vitse-prezidenti "Qarabağ"ın mövsüm sonunda ən azı avrokuboklarda çıxış edəcəyi sözünü verib.
Tahir bəy isə futbolçulara onlarla fəxr etdiyini və ən yaxşısını gözlədiyini bildirib.