QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Tahir Gözəl: «Qarabağ»dan çempionluq gözləyirəm» (qol.az 17.02.2009)

«Qarabağ»ın «Bakılı» üzərindəki qələbəsindən sonra klubun vitse-prezidenti Tahir Gözəl futbolçularla görüşüb.  Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, T.Gözəl komandaya çox inandığını və onlardan bu il çempionluq gözlədiyini bildirib. T.Gözəl bir neçə ay öncə komandanın 10-cu sırada olduğu dönəmi xatırlaıb. O, «Qarabağ»ın hazırda dördüncü pillədə qərarlaşdığını, növbəti görüşdə komandanın turnir cədvəlində daha yüksək yerdə görmək istədiyini söyləyib.
«Qarabağ»ın kapitanı Aslan Kərimov isə klub başçısına «Qarabağ»ın mövsüm sonunda ən azı Avrokuboklarda çıxış edəcəyi sözünü verib.