QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Zaur Ramazanov: «Oyunumdan tam razı qalmadım» (qol.az, 21-02-2009)

«Oyun göz qabağındaydı. Fikrimcə, nəticə oyuna görə oldu. Biz rəqibdən güclü idik və buna görə qələbə qazandıq». Qol.Az-ın məlumatına görə, bu sözləri «Olimpik»lə oyundan sonra «Qarabağ»ın hücumçusu Zaur Ramazanov deyib. Təcrübəli hücumçu oyunun taleyini həll edən yeganə qola imza atsa da, öz oyunundan tam razı qalmayıb: «Təbii ki, qələbə qolunu vurduğuma görə çox şadam. Lakin öz oyunumdan hardasa 50 faiz razı qaldım».