QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Elnur Allahverdiyev: “Qarabağ”ın qələbə qazanmaq şansı daha çoxdur” (qol.az 24.02.2009)

“Neftçi” ilə kubok mübarizəsində favorit bizik. Çünki hazırda biz rəqiblə müqayisədə daha yaxşı çıxış edirik”. Qol.Az-ın məlumatına görə, bu sözləri ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində “Neftçi” ilə qarşılaşacaq “Qarabağ”ın müdafiəçisi Elnur Allahverdiyev deyib. E.Allahverdiyev keçmiş komandasına qarşı meydanda tam gücünü qoyacağını bildirib: “Hazırda “Qarabağ”ın oyunçusuyam. Klubumun şərəfini layiqincə qorumalıyam. Öz oyunumla göstərəcəyəm ki, mən yaxşı futbolçuyam və formasını geydiyim komandaya xeyir verə bilərəm”.