QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Qurban Qurbanov keçmiş komandasına qarşı (fanat.az, 24-02-2009)

"Neftçi" ilə şanslarımız bərabərdir"

Fanat: “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov ölkə kuboku oyununda “Neftçi” ilə şanslarının bərabər olduğunu düşünür: “Neftçi” ilə oynamaq həmişə çətin olub. Bununla belə, hesab edirəm ki, kubok oyununda hər iki komandanın şansları eynidir. 50 faiz bizim, 50 faiz isə “Neftçi”nin qələbə qazanmaq şansı var”.
Qurbanov deyib ki, “Qarabağ” klubu üçün ölkə kubokunu qazanmaq, Premyer-Liqada ikinci yeri tutmaqdan daha yaxşıdır: “Əsas məqsədimiz UEFA kubokuna vəsiqə qazanmaqdır. Bunun üçün də ölkə kubokunun qalibi olmaq lazımdır. Avrokuboklara vəsiqəni Premyer-Liqada ikinci yeri tutmaqla da əldə etmək olar. Amma məncə, ölkə kubokunun qalibi olmaq, çempionatda ikinci yeri tutmaqdan daha yaxşıdır”.
Qeyd edək ki, uzun müddət “Nefti”də futbolçu kimi çıxış edən Qurbanov, bu komandanın baş məşqçisi də olub.//Trend