QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
“Qarabağ”lılar cütün taleyini ilk oyunda həll etmək istəyirlər (qol.az, 24.02.2009)
 Sabah ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində öz meydanında “Neftçi”ni qəbul edəcək “Qarabağ”ın düşərgəsində hamı bir nəfər kimi qələbəyə köklənib. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “Qarabağ”ın məşqçi və futbolçu heyəti cütün taleyini ilk oyunda həll etmək istəyirlər. Onların klubun rəsmi saytına verdikləri açıqlamaları təqdim edirik:


Mehmet Ak (koordinator): “Qarabağ” bu gün ən güclü fiziki hazırlığı malik komandadır. “Neftçi”yə hörmət edirik, tarixi olan komandadır. Amma bu gün bizim komanda yüksəlişdədir. Hal-hazırda bizim əsas məqsədimiz hazırkı formanı qorumaqdır. Hər 2 cəbhədə mübarizə apardığımıza görə ilk matçda işi bitirməyimiz faydalı olardı. İnşallah, sabah bunu da bacaracağıq. Zənnimcə, ən azı 2:0 hesabıyla qalib gələcəyik”.

Nizami Sadıqov (qapıçılarla işləyən məşqçi): “Kubok oyunalrı hər zaman gərgin olur. Geriyə yol olmadığından heç kim riskə getmək istəmir. Amma komandamızın son durumu göstərir ki, biz bu gün “Neftçi”dən daha güclüyük. Təbii ki, 90 dəqiqə meydanda güclü olan oyunun sonunda bəlli olur. Hər cür nəticə qeydə alına biləcəyindən oyuna diqqətli çıxmaq lazımdır”.

Sedat Şahin (yarımmüdafiəçi): “Kuboka çox yaxınlaşmışıq. Çempionluqdan fərqli olaraq kubokda daha az matç qazanaraq titula yiyələnmək olar. Ürəyimə damıb ki,  kubok bizim olacaq”.

Maksim Medvedev (müdafiəçi): “İkinci dövrəyə yaxşı başlamışıq. “Neftçi”ylə oyunlarda da uğurlarımızı davam etdirmək istəyirik. Düzdür, asan olmayacaq. Amma qalib gəlməyə məhkumuq”.

Rauf Əliyev (hücumçu): “Çalışacam ki,  baş məşqçinin verdiyi şansdan maksimum yararlanım. “Qarabağ”da ilk matçımı məhz “Neftçi”yə qarşı keçirmişəm. Həmin vaxt 16 yaşım var idi və çox həyəcanlı idim. İndi isə artıq “Neftçi”yə qol vurmaq barədə düşünürəm”.