QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Qurban Qurbanov: “Cütün taleyi cavab matçında həll olunacaq” (qol.az, 25-02-2009)

“Qələbə qazanmağımıza baxmayaraq, cavab qarşılaşması öncəsi böyük bir üstünlüyümüz yoxdur. Cütün taleyi cavab qarşılaşmasında həll olunacaq”. Qol.Az-ın məlumatına görə, bu sözləri ölkə kubokunun ¼ final mərhələsinin ilk oyunları çərçivəsində “Neftçi” ilə oyunsonrası mətbuat konfransında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. Gənc mütəxəssis oyunun çox çətin keçdiyini də sözlərinə əlavə edib: “Rəqibimiz də bu gün qələbəyə oynayırdı. Ona görə də matç çox çətin keçdi. Bununla belə qələbə qazana bildik. Buna görə də çox sevinirik”.