QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Hasan Suarinin “Qarabağ”la matçda debüt edəcəyi gözlənilir (qol.az, 03.03.2009)

“Hasan Suarinin transfer vərəqi hələ də gəlib çıxmayıb. Amma bu həftə ərzində transfer vərəqinin gələcəyi gözlənilir”. Qol.Az-ın müxbiri ilə söhbətində bu sözləri “Bakı” klubunun vitse-prezidenti Zeynal Məmmədov deyib. “Bakı” mərakeşli hücumçunu dövrələrarası fasilədə heyətinə qatıb. Lakin qış fasiləsindən sonra paytaxt klubu çempionatda 3, kubokda isə 1 matç keçirməsinə baxmayaraq, Hasan Suari hələ də “Bakı”nın heyətində rəsmi debüt etməyib. Transfer vərəqi bu həftə gələcəyi halda, Hasan Suari “Bakı”nın heyətində premyer-liqanın XVII turu çərçivəsində keçiriləcək “Qarabağ”la matçda rəsmi debüt edə bilər.