QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Statistikada "Bakı" "Qarabağ"dan üstündür (supersport.az,04-03-2009)

Premyer-liqanın XVII turu çərçivəsində görüşəcək “Bakı” ilə “Qarabağ” bugünədək 11 dəfə qarşılaşıblar. Supersport.Az-ın məlumatına görə, paytaxt klubu adını dəyişdikdən sonra çempionatda ilk matçını məhz “Qarabağ”a qarşı keçirib. Həmin görüşdə Ağdam klubu İsmayıl Məmmədov və Vadim Vasilyevin qolları ilə 2:0 qələbə qazanıb. Bu oyun həm də “Bakı”nın ilk baş məşqçisi kimi tarixə düşən Elxan Abdullayevin bu postda ilk və son rəsmi görüşü olub. Ümumilikdə, komandalar bugünədək çempionat matçlarında 9 oyun keçiriblər ki, onların da 3-də “Bakı”, 1-də isə “Qarabağ” qalib gəlib. 5 matçda tərəflər meydandan “sülh”lə ayrılıblar. Bu görüşlərdə “Bakı” 11, “Qarabağ” isə 8 qol vurub. Komandalar 1 dəfə kubokda da üz-üzə gəliblər. İlk matçda 3:2 qalib gələn “Qarabağ”, səfərdən qolsuz heç-heçə ilə dönərək, mərhələ adlayıb. Daha bir maraqlı məqam ondan ibarətdir ki, “Bakı” çempionatda “Qarabağ”a qarşı keçirdiyi son 3 ev oyununda qol vura bilməyib. Hər 3 matç qolsuz heç-heçə ilə tamamlanıb. “Bakı” sonuncu dəfə “Qarabağ”ı öz meydanında 2006-cı ilin martın 12-də Lobanın son dəqiqədə vurduğu qolla 2:1 hesabı ilə məğlub edib. Həmin vaxt komandanı Əsgər Abdullayev çalışdırırdı.