QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
"Qarabağ" yan xətt hakimini qərəzli idarəçilikdə ittiham etdi (fanat.az, 10-03-2009)

"Ramiz Əsədovun qərəzli qərarları bir komandaya qarşı haqsızlıq deyil, 1 milyondan çox qaçqınımıza qarşı hayqırtı idi"

Fanat: "Qarabağ" "Bakı" ilə oyunun yan xətt hakimi Ramiz Əsədovdan narazı qalıb. Fanat.az xəbər verir ki, Ağdam klubu bu gün rəsmi saytı vasitəsi ilə məlumat yayaraq laysmanı "Bakı"nın qələbəsi ilə başa çatan matçda bilərəkdən bəzi kobud səhvlər buraxdığı iddia edilib.
"Hamı səhvə yol verir. Səhvsiz insan yoxdur. Amma bu səhvin bilərəkdən edilməsi isə hər kəsin vicdanının öhdəsinə buraxılmalıdır. Premyer-Liqanın son turu çərçivəsində Tofiq Bəhramov adına stadionda baş verənləri isə vicdanın öhdəsinə buraxmaq sadəcə haqsızlıq olardı. Yan xətt hakimi Ramiz Əsədovun oyun boyu etdikləri hərəkətlər, açıq-aşkar qərəzli qərarlar bir komandaya qarşı edilmiş haqsızlıq deyil, 1 milyondan çox qaçqınımıza qarşı hayqırtı idi. Telviziya ilə canlı yayımlanan matçda "meydanın sultanı mənəm" kimi hərəkətlər edən Əsədov nəinki işinin öhdəsindən layiqincə gəlmədi, əksinə işinə məsuliyyətsizlik etmənin ən yüksək nümunəsini göstərdi. 90 dəqiqəlik bir zaman kəsiyində ağzındakı saqqızla ekran qarşısında olan 8 milyondan çox xalqımıza hörmətsizlik edən hakim bütün dünyaya yayımlanan AzTV izləyicilərinə xalqımız haqqında ən mənfi imic yaratdı", deyə klubun rəsmi saytında yerləşdirilən məlumatda bildirilir.