QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
«Qarabağ»dan hakimə kəskin ittihamlar (qol.az, 10.03.2009)
Ağdamın «Qarabağ» klubu premyer-liqanın son oyununda «Bakı»yla qarşılaşmanın yan xətt hakimi Ramiz Əsədovun idarəçiliyindən narazı qalıb. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, «Qarabağ» hakimin qərəzli qərarlar qəbul etdiyini və bunun bir təkcə komandaya deyil, bir milyondan çox qaçqına qarşı haqsızlıq olduğunu bildirib.
Ağdam klubu laysmanı "Bakı"nın qələbəsi ilə başa çatan matçda bilərəkdən bəzi kobud səhvlər buraxmaqda iddia edib: "Hamı səhvə yol verir. Səhvsiz insan yoxdur. Amma bu səhvin bilərəkdən edilməsi isə hər kəsin vicdanının öhdəsinə buraxılmalıdır. Premyer-liqanın son turu çərçivəsində Tofiq Bəhramov adına stadionda baş verənləri isə vicdanın öhdəsinə buraxmaq sadəcə haqsızlıq olardı. Televiziya ilə canlı yayımlanan matçda "meydanın sultanı mənəm" kimi hərəkətlər edən Əsədov nəinki işinin öhdəsindən layiqincə gəlmədi, əksinə işinə məsuliyyətsizlik etmənin ən yüksək nümunəsini göstərdi».