QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Aslan Kərimov: Futbol ömrümə çox qalmayıb (apasport.az 11.03.2009)
Futbol ömrümə çox qalmayıb. Karyeramı bitirən məqamda titul qazanmaq üçün əlimdən gələni edəcəyəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ağdamın “Qarabağ” klubunun kapitanı Aslan Kərimov deyib.

36 yaşlı yarımmüdafiəçi Azərbaycan kubokunun ¼ final mərhələsinin “Neftçi” ilə cavab oyunu ərəfəsində qələbə arzusunda olduğunu bildirib. Klubun rəsmi internet saytına açıqlama verən Kərimov 1993 və 2006-cı illərdə olduğu kimi, yenə “Qarabağ”ın kubok qazanan heyətində olmasını istəyir: “Açığı, 1993-cü ili xatırlayanda, sadəcə, şirin xatirələr yadıma düşür. Futbola yeni başlayan biri kimi bu uğur mənə çox əziz idi. Həmin il eyni zamanda ölkə çempionluğunu da qazanmışdıq. O zamanlar fərqli bir kollektivin üzvü idim. Çünki bütün futbolçulardan gənc idim. İndi isə üzərimdə başqa bir məsuliyyət var. Təbii ki, kuboku qazanmaq mənə başqa bir sevinc gətirəcək”.