QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Qurban Qurbanov: "Qarabağ" avrokuboklarda oynamağa layiqdir" (fanat.az 30.03.2009)

"Bundan sonra çempion olmaq çox çətin məsələdir"

Fanat: "İkinci dövrəyə heç də yaxşı başlamışdıq, hər şey yaxşı gedirdi. Lakin "Standard"la oyundakı gözlənilməz məğlubiyyət komandaya pis təsir etdi. Birdən-birə komandada geriləmə müşahidə olunmağa başladı". Bu sözləri Fanat.az-a açıqlamasında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Çalışdırıcı bildirib ki, "Standard"a məğlubiyyət komandaya pis təsir edib: "Standard"a məğlubiyyət komandaya psixoloji cəhətdən pis təsir etdi. Çıxışımıza da birbaşa təsir göstərdi. Bəlkə də "Standard"la oyundan sonra "Bakı" yox, başqa bir rəqiblə qarşılaşsaydıq, bizim üçün daha rahat olardı. "Bakı" çempionluğa oynayır. Bu rəqibə də məğlubiyyət bizim üçün ikinci zərbə oldu".
Qurbanov hesab edir ki, komanda hazırkı heyətlə hədəflərinə çata bilər: "Birinci dövrənin əvvəlində çox itkilərimiz oldu. Amma dövrənin sonlarına doğru uğurlu çıxış edib, üst pillələrə qalxdıq. Lakin birinci dövrədən sonra yenə oyunumuz alınmadı. Fasilədə bəzi dəyişikliklər etdik. Yaxşılığa doğru addımlar atdıq, heyəti gücləndirdik. Düzdü, rəqiblərimiz də gücləndi. Düşünürəm ki, bu heyətlə komandanı istədiyimiz yerə qaldıra bilərik».
Mövsümün əvvəlində həm "Qarabağ" rəhbərliyi, həm də baş məşqçi komandanın çempionluğa oyanadığını bildirirdi. Lakin baş məşqçi artıq çempionluğun itirildiyini düşünür: "Artıq çempion olmaq çox çətindir. Az vaxt qalıb və xal fərq böyükdür. Çempionatın sonuna 15 tur qalsaydı, fərqi aradan qaldırmaq mümkün olardı. Gərək liderlər bundan 3-4 oyunda xal itirsin. Bu da çətin məsələdi".
Qurban bəy komandasının avrokuboklara vəsiqə qazanmağa layiq olduğunu bildirib: "Rəhbərlik əlindən gələni edir ki, komanda yüksək yerlərdə olsun. Onlar demirlər ki, mütləq çempion olaq. Hər şeyi görürlər, götür-qoy edirlər. Məsələn, deyirlər ki, UEFA Kubokuna vəsiqə qazanaq. Məncə, bu komanda avrokuboklarda oynamalıdır və buna layiqdir. İndi Avropaya vəsiqə qazanmaq da asan deyil. Bütün komandalar heyətlərini gücləndirib, güclü rəqabət var. Əlbəttə ki, komandanın qarşısında çempionluq hədəfləri var. Yüksək hədəfin olmasa, nəticə də qazanmaq olmaz".
Qeyd edək ki, "Qarabağ" ikinci dövrənin il kiki turunda "Bakıl" və "Olimpik" üzərində qələbə qazansa da, 16-cı turda "Standard"a gözlənilməz məğlubiyyətdən sonra ardıcıl dörd turda qələbə qazana bilməyib. "Standard"la yanaşı, "Bakı"ya da yenilən ağdamlılar "Qəbələ" və "Simurq"la oyunlarda bir xal qazanıb. Qurbanovun rəhbərlik etdiyi komanda aprelin 5-də "Turan"la qarşılaşacaq.