QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Avropa Biznes Assembleyası Abdulbari Gözəli "Kraliça Viktoriya Xatirə Medalı" ilə təltif etdi (fanat.az, 01.04.2009)

Avropa Biznes Assembleyası Abdulbari Gözəli "Kraliça Viktoriya Xatirə Medalı" ilə təltif etdi

Fanat: "Qarabağ"ın prezidenti Abdulbari Gözəl mükafat alıb. Fanat.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 1991-ci ildən həyata keçirdiyi davamlı layihələri və şirkət prinsipləriylə ölkəmizin inkişafına böyük töhfələr verən "Azersun-Holdinq" mart ayında daha bir mötəbər mükafata layiq görülüb.
"Azersun-Holdinq" və "Qarabağ"ın prezidenti Gözəl Avropa Biznes Assembleyası tərəfindən mükafatlandırılıb. "XXI əsrin Liderləri" adlanan beynəlxalq proqram çərçivəsində "Beynəlxalq sənayeçilər və sahibkarlar konqresi", "Avropa Bazar Tədqiqatları Mərkəzi" (Belçika), "Vyana şəhər Beynəlxalq Universiteti" (Avstriya), Slavyan xalqları məclisi "Beynəlxalq tədris mərkəzi" (Malta), "Baden-Vüttemberq" Eksport Akademiyası (Almaniya), Məsləhətçi - marketoloqlar Assosiasiyası (Çexiya) tərəfindən aparılan analitik informasiya təhlilinin nəticəsində, Gözəl Avropa Biznes Assembleyasının ən mötəbər mükafatı olan "Queen Victoria Commemorative Medal"ına (Kraliça Viktoriya Xatirə Medalı) layiq görülüb. "European Quality Award" (Avropa Keyfiyyət Mükafatı) isə "Azersun-Holdinq"ə istehsalatda nail olduğu yüksək keyfiyyət standartına görə, verilib. Mükafatlar Böyük Britaniyanın Oksford şəhərində 21 ölkə nümayəndəsinin iştirakı ilə keçirilən "Liderlərin Oksford Sammiti"ndə cənab Gözələ təqdim olunub.