QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
«Qarabağ» - «Bakı» oyunu Ağdamın Quzanlı kəndində keçirilə bilər [03.04.2009,qol.az]
Böyük ehtimalla ölkə kubokunun “Qarabağ” - “Bakı” yarımfinal matçı Ağdamın Quzanlı kəndində keçiriləcək. Bu haqda Qol.Az-a “Qarabağ” klubunun icraçı direktoru Əmrah Çəlikəl məlumat verib. Onun sözlərinə görə, hazırda Quzanlı kəndindəki stadionda qazonla bağlı son tamamlama işləri gedir: “Bəli, bizim çoxdankı arzumuzdur ki, “Qarabağ” öz rəqiblərini Ağdamda qəbul etsin. Hazırda oradakı stadionda mövcud problemlərin yoluna qoyulması ilə məşğuluq. Problem deyəndə, qazonunun durumu qaydaya salınır. İşlər qurardıqdan sonra ayın sonu oraya baş çəkəcəyik. Hər şey qaydasında olsa, istəyimizi həyata keçirəcəyik”. Əksəriyyət “Qarabağ”ın daha çox autsayder klublarla ev oyunlarını Ağdama salacağını düşünsə də Çəlikəl tamam başqa fikir söyləyib: “Açığı biz istəyirik ki, ölkə kubokunun yarımfinalını Ağdamda keçirək. Onsuz da aprelin 20-dən milli komanda da Suraxanıda təlim-məşq toplanışına yığışacaq və bu meydança yüklənəcək. Belə olan halda qazon da sıradan çıxacaq. Bu mənada, Ağdamdakı dostlarımız da əllərindən gələni edirlər ki, aprelin sonuna kimi stadionun ot örtüyü ideal vəziyyətə gəlsin. Təbii ki, bundan sonra biz AFFA-ya və PFL-ə müraciət edəcəyik və onların nümayəndələri də gedib stadiona baxacaq. Razılıq versələr, kubok matçımızı orada oynayacağıq