QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Elnur Allahverdiyev: “Turan” indi xeyli güclənib”(qol.az. 05.04.2009)
Birinci dövrədəki “Turan”la indiki arasında xeyli fərq var. İndi Tovuz klubu xeyli güclənib. Heyətində Nadir Nəbiyev, Ruslan Abbasov kimi futbolçular oynayır. Bu mənada çətin qarşılaşma olacaq. Üstəlik rəqib elitada qalmaq uğrunda mübarizə aparır”. Bu sözləri Qol.Az-a “Qarabağ”ın müdafiəçisi Elnur Allahverdiyev deyib. Allahverdiyev sabiq klubunun elitada qalmasını arzuladığını da etiraf edib: “Mən özüm də “Turan”ın şərəfini qorumuşam. O bölgədən həmişə güclü futbolçular çıxıb. Açığı mən də istəyirəm ki, “Turan” elitada qalsın amma, bir peşəkar kimi onları məğlub etmək üçün bütün gücümü ortaya qoyacağam”.
Elnur “Qarabağ”ın medallar şansını itirdiyini deyənlərlə də razılaşmır: “Xeyr, mən o fikirlə razı deyiləm. Düzdür, biz son 5 oyunda qələbə qazana bilməmişik. Hətta qol da vurmamışıq. Amma bu, o demək deyil ki, medallara olan şansımız itib. Hələ mübarizə davam edir və inanıram ki, tezliklə uğursuz oyunlar seriyasına son qoyaraq məqsədimizə çatacağıq”.