QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
"Qarabağ" - "Bakı" oyunu Ağdamda keçiriləcək (fanat.az, 07.04.2009)

"AFFA və PFL razılıq versə, "Bakı"yla oyun Quzanlıda baş tutacaq"

Fanat: "Qarabağ" "Bakı" ilə Azərbaycan Kubokunun yarımfinal mərhələsinin oyununu Ağdamda keçirəcək. Fanat.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "Qarabağ"ın direktoru Əmrah Çəlikəl artıq cəbhə bölgəsindən dönüb.
Qeyd edək ki, Əmrah bəy baş məşqçi Qurban Qurbanovla birlikdə stadionun durumunu öyrənmək üçün Ağdamın Quzanlı kəndinə yollanmışdı. Səfərlə bağlı açıqlama verən klub rəsmisi bildirib ki, oyunun doğma rayonda keçirilməsi üçün heç bir problem yoxdur: "Məlum olduğu kimi uzun müddətdir Ağdamda, cəbhə bölgəsində yaşayan insanları sevindirmək üçün prinsipial oyunlarımızı Quzanlıda keçirməyi planlaşdırırdıq. Ağdam rayonun İcra Hakimiyyətinin başçısı Həsən Sarıyevin "Qarabağ"a necə bağlı olduğunu bilirsiniz. Yaz mövsümünün gəlməsiylə bağlı artıq stadionun ot örtüyünün futbol üçün yararlı vəziyyətə gəlir. Həsən müəllimin Ağdamda oyunların keçirilməsi üçün inanılmaz əmək sərf edir. Bizimlə söhbətdə bildirdi ki, matçların Ağdamda oynanması üçün hər şeyi edəcək. Burdan Həsən müəllimə təşəkkür edirik ki, bu qədər səylə yerli camaatı sevindirmək üçün çalışır. Təbii ki, çalışacağıq ki, bu yolda qüvvələri səfərbər edək. Əlbəttə, ilk növbədə AFFA və PFL nümayəndələri Quzanlıdakı stadionu təftiş edəcək. Onların da razılığı olsa, inşallah, "Bakı"yla yarımfinal mərhələsinin cavab görüşünü orda oynayacağıq".