QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Qurban Qurbanov: “Ümid edirəm ki, rəqiblərimizi Ağdamda qəbul edəcəyik” (supersport.az,08.04.2009)

“Açığı, uzun müddət idi Ağdamda olmamışdım. Stadionu gördüyümdə sevindim. Hər halda, tikilən stadionlar ölkə futbolunun qazancıdır”. Supersport.Az-ın “Qarabağ”ın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri dünən gecə Ağdamdan qayıdan komandanın baş məşqçisi Qurban Qurbanov deyib. Gənc mütəxəssis rəqiblərini məhz Quzanlıda qəbul edəcəklərinə inandığını bildirib: “Ağdam rayonunun icra hakimi Həsən müəllim də bizi gülərüzlə qarşıladı. Hiss olunurdu ki, oyunun Ağdamda keçirilməsini çox istəyir. Bizimlə söhbətdə də yerli camaatı sevindirmək üçün lazım olanı edəcəklərini bildirdi. Düzdür, stadionun ot örtüyü hal-hazırda ideal vəziyyətdə deyil. Amma, çox ümidliyik ki, Quzanlıda rəqiblərimizi qəbul edə biləcəyik. Bu ölkə futbolu üçün də əlamətdar olar”.