QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Əmrah Çəlikəl: “Şakiri ilə bağlı bizə rəsmi müraciət olunmayıb”(14.04.2009 qol.az)
“Şakirinin ünvanına Makedoniya millisindən təklif gəlməsi tam normaldır. Çünki o dünya səviyyəli futbolçudur. Amma onun bizimlə ilin sonuna qədər rəsmi müqaviləsi var və bu müddət başa çatana kimi Şakiri “Qarabağ”ın şərəfini qoruyacaq. O, özü də verdiyi açıqlamasında bunu тясдигляйиб”. Bu sözləri Qol.Az-a “Qarabağ”ın icraçi direktoru Əmrah Çəlikəl komandanın üzvü Artim Şakirinin Makedoniya milli komandasına baş məşqçi təklifi almasına münasibət bildirərkən deyib. Çəlikəldən futbolçuya konkret olaraq 1 milyon 300 dollar məbləğində müqavilə təklif olunmasını və Şakirinin həmyerlilərinə “hə” deyəcəyi halda “Qarabağ”ın bu məsələyə münasibəti haqqında da soruşduq: “Ola bilsin, Makedoniya mətbuatında belə bir məbləğ göstərilsin. Amma bununla bağlı Makedoniya Futbol Federasiyasından bizə rəsmi təklif gəlməyib. Yalnız belə bir təklif olarsa, klub olaraq biz də rəsmi münasibətimizi ortaya qoya bilərik”. Klub rəsmisi makedoniyalının müqaviləsi başa çatdıqdan sonra “Qarabağ”da qalıb-qalmayacağının da dəqiq bilinmədiyini dedi: “Bu haqda danışmaq tezdir. Yalnız müqavilə başa çatdıqdan sonra bunu müzakirə etmək olar. Şəxsən mən Şakirinin “Qarabağ”dakı çıxışından və bizə verdiyi xeyirdən razıyam. Fəxr edirəm ki, bizim komandamızda belə bir futbolçu oynayır”.