QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
AFFA “Qarabağ” klubunun təklifinə cavab verdi (15.04.2009, apasport)
AFFA “Qarabağ” klubunun təklifinə müsbət yanaşır. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi ev oyunlarını təmsil etdiyi rayonda keçirmək istəyir. Bununla əlaqədar Ağdam rayon İcra Hakimiyyətinin başçısı Həsən Sarıyev AFFA prezidenti Rövnəq Abdullayevə müraciət edib.

Məsələ ilə bağlı AFFA-nın baş katibi Elxan Məmmədov assosiasiyanın rəsmi saytına fikirlərini bildirib: “Regionlarda futbolun inkişafı, kütləviliyinin artırılması baxımından “Qarabağ” klubunun ev oyunlarının Ağdam rayonunda keçirilməsinə AFFA rəhbərliyi müsbət yanaşır. Bununla bağlı Ağdam rayon İcra Hakimiyyəti AFFA-ya müraciət edib. Əgər Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən stadion Peşəkar Futbol Liqasının tələblərinə uyğun gələrsə, AFFA rəhbərliyi “Qarabağ” FK-nın ev oyunlarının həmin stadionda keçirilməsini müsbət addım sayır”.

Qeyd edək ki, “Qarabağ” son illərdə ev oyunlarını Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçirir.