QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Millət vəkili Aqil Abbasdan «İnter»in prezidentinə sərt ittiham(qol.az, 16.04.2009)

GƏLİB BURDA ÇÖRƏYİMİZİ YEYİR, HEÇ OLMASA, BİZƏ ARXA ÇEVİRMƏSİN

Azərbaycan Milli Məclisinin Ağdam-Ağcabədi dairəsindən olan deputatı Aqil Abbas Bakının «İnter» klubunun prezidenti Georgi Nikolovun «Qarabağ»ın ev oyunlarını Ağdamın Quzanlı kəndində keçirmək istəyinə qarşı çıxmasına kəskin etiraz edib. Bir vaxtlar «Qarabağ»ın fəxri prezidenti və prezidenti olmuş A.Abbas bildirib ki, nə Suraxanı qəsəbəsi, nə də bir vaxtlar «Qarabağ»ın rəqiblərini qəbul etdiyi Sumqayıt və İdman Akademiyasının stadionu onlar üçün doğma ola bilər: «Ağdam bizim evimizdir və biz rəqiblərimizi məhz orada qəbul etməliyik».
A.Abbas «Qarabağ»ın kiminsə tələbini qəbul etmək vəzifəsində olmadığını deyib: «Əgər «İnter»in prezidenti «Qarabağ»ın Ağdamda oynamasıyla razılaşmırsa, qayıtsın vətəni Bolqarıstana, orada özünə klub yaratsın və qarnını doydursun. Onsuz da onlarda krisizdir, acından ölürlər. Gəlib burda çörəyimizi yeyirlər, heç olmasa, bizə arxa çevirməsinlər. Azərbaycan futbolunun siyasətini hansısa klub prezidenti yox, AFFA müəyyənləşdirir. Əgər «İnter» və ya bir başqası Ağdama gəlməyəcəksə, ona təxniki məğlubiyyət veriləcək».