QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
«İnter»in qərarı «Qarabağ»ı təəccübləndirib (16.04.2009, qol.az)

“QARABAĞ”IN RƏQİBLƏRİNİ AĞDAMDA QƏBUL ETMƏK İSTƏYİ MƏNƏVİ MƏSƏLƏLƏRLƏ BAĞLIDIR”

“Biz “İnter”in Ağdama gətməyə məcbur edə bilmərik”. Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri “İnter”in prezidenti Georgi Nikolovun “Qarabağ”ın ev oyunlarını Ağdamın Quzanlı kəndində keçirmək istəyinə qarşı çıxmasına münasibət bildirərkən “Qarabağ”ın icraçı direktoru Əmrah Çəlikəl deyib. Çəlikəl bildirib ki, qarşı tərəf razılıq verməsə, onlar “İnter”lə ev oyununu Suraxanı qəsəbə stadionunda keçirəcək: “Amma Nikolov ilk dəfə bu məsələyə münasibət bildirərkən “Qarabağ”ın addımını dəstəkləmişdi. Hətta bizim bu addımı atmaqda gecikdiyimizi də söyləmişdi. Mən də buna görə çox şad olmuşdum. Amma indi nədənsə, fikrini dəyişib. Bunun səbəbini deyə bilmərəm. Bu onların öz işidir. Ağdama gətmək istəmirlərsə, eybi yoxdur. Biz onları Suraxanı qəsəbə stadionunda qəbul etməyə də hazırıq. Amma biz Ağdamda yaşayan qaçqınları, torpağından didərgin düşmüş insanları sevindirmək istəyirik. “Qarabağ”ın rəqiblərini doğma rayonda qəbul etmək istəyi mənəvi məsələlərlə bağlıdır”.