QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Bank komandası İlham Əliyevin yolu ilə getmir - FOTOLAR (fanat.az 17,04.2009)

Prezidentin getdiyi yerdən imtina etməyə Nikolovun haqqı yoxdur!

"İnter" rəhbərliyi Ağdama getməkdən imtina etməklə, Azərbaycanın maraqlarına zərbə vurur!

Fanat: "İnter"in "Qarabağ"la Ağdamın Quzanlı qəsəbəsində oynamaqdan imtinası ciddi narazılıqlara səbəb olub. Həm "Qarabağ" tərəfi, həm də ictimaiyyət bank klubunun prezidenti Georgi Nikolvun bu addını etirazla qarşılayır. Hətta Ağdam-Ağcabədi seçki dairəsindən millət vəkili seçilmiş Aqil Abbas da "İnter"in bolqar prezidentinə etiraz edərək, ona qarşı bəzi ittihamlar səsləndirib.
"Qarabağ"ın ev oyunlarını təmsil etdiyi şəhərdə - Ağdamda oynamasının tərəfdarı olduğumuzdan, "İnter" prezidentinə bəzi şeyləri xatırlatmağı lazım bildik.
Əvvəla, Quzanlı qəsəbəsi cəbhə bölgəsində yerləşmir. Təmas xəttinin bir neçə kilometrliyində yerləşən qəsəbə artıq şəhərə çevrilib. Ağdamın işğalından sonra rayonun mərkəzinə çevirilən Quzanlıda Olimpiya Kompleksi, Fövqəladə Hallar Nazirliyinin regional idarəsi fəaliyyət göstərir. Hazırda bu qəsəbədə 18 minə qədər əhali yaşayır.
Nikolova xatırladaq ki, prezident İlham Əliyev bir il əvvəl - 2008-cı il yanvar ayının 16-da bu qəsəbədə olub. Olimpiya Kompleksinin və bir sıra obyektlərin açılışında iştirak edən dövlət başçısının addımı göstərir ki, Quzanlı Nikolovun fikirləşdiyi qədər qorxulu və təhlükəli deyil. Amma "İnter" rəhbərliyi Ağdama getməkdən imtina etməklə, Azərbaycanın maraqlarına zərbə vurur.

Quzanlının tarixi

QUZANLI - Tam adı Saraclı-Quzanlıdır. Qarabağda yaşamış böyük bir Türk tayfasının adıdır. XIX əsrin II yarısında Birinci Quzanlı, İkinci Quzanlı, Çay Quzanlısı adlı kəndlər var. 1593-cü ilin məlumatına görə, Quzanlı tayfası Bərdə mahalının Sir nahiyəsində yaşayıb. Mənşəcə VI əsrdə Altaydan Cənubi Avropaya qədər geniş bir ərazini əhatə etmiş, Türk xanlığının əsasını qoymuş və mənbələrdə adı Kuzan (Kuzen) kimi qeyd olunmuş tayfa adı ilə bağlıdır. Ehtimal ki, XIII əsrdə Mil düzündə Beyləqan rayonu yaxınlığında adı çəkilən Kizan (Xizan) qalasının adı da bu tayfanın adı ilə əlaqədardır. Kənddə Dələkoğlu, Mollahüseynli, Allahverənli, Sudhallaclı və s. Quzan tayfaları yaşyıb.

Quzanlının əhalisi

Quzanlının əhalisi 3 min nəfərdən artıqdır. 1992-ci ildən etibarən burada məcburi köçkünlər də məskunlaşıb. Hazırda Quzanlıda 18 minə qədər əhali yaşayır.