QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
"Qarabağ" ev oyunlarını Quzanlıda keçirəcək -( 21.04.2009, pfl.az)

Ağdamlıların Ağdamda oynamasına əngəl yoxdur

Ağdamın "Qarabağ" klubu Premyer Liqanın son 2 ev oyununu, həmçinin Azərbaycan Kubokunun təkrar yarımfinal qarşılaşmasını Quzanlıdakı Olimiya İdman Kompleksində keçirəcək. Peşəkar Futbol Liqasının nümayəndələrinin stadionda apardığı təftişdən sonra arena, oyunların keçirilməsi üçün yararlı hesab edilib. Ot örtüyü ilə bağlı azacıq çatışmazlıqlar var ki, "Qarabağ" klubu bunları tezliklə aradan qaldıracağını öz öhdəsinə götürüb. Beləliklə Premyer Liqanın XXIV turu çərçivəsindəki "Qarabağ" - "İnter" matçı Ağdamda keçiriləcək və AzTV ilə canlı yayımlanacaq.