QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
“Ağdamdakı 3 oyunun hamısında qalib gələcəyik”(qol.az, 25.04.2009)
Qarabağ” deyəndə Ağdam, Ağdam deyəndə də elə “Qarabağ” ağla gəlir. Komandamızın may ayındakı ev oyunlarını doğma şəhərində keçirməsi çox gözəl oldu. Ən azından “Qarabağ”ın bir Ağdam klubu olduğunu unutmamalıyıq”. Bu sözləri Qol.Az-a “Qarabağ”ın türk əsilli bosniyalı futbolçusu Sedat Sahini deyib. Sahini Quzanlıda oynamağın üstünlüklərindən də danışıb: “İlk üstünlüyümüz təbii ki azarkeşlər olacaq. Mən bildiyimə görə orada bizi xeyli fanat dəstəkləyəcək. Bu isə o deməkdir ki, həmin insanlar avtomatik bizim “12-ci” oyunçumuza çevriləcəklər. Biz isə o dəstəyin və sevginin qarşılığını bütün matçlarımızı qazanmaqla verməliyik. Mən inanıram ki, Ağdamda keçirəcəyimiz 3 oyunun hamısında qalib gələcəyik”.